İdmançılarımız məğlub oldu - yenilənir

İdmançılarımız məğlub oldu -  yenilənir
764 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı İdman Sarayında qadınlar və kişilər arasında badminton üzrə fərdi və qrup yarışları davam edir.

Axşam.az xəbər verir ki, bu gün qrup mərhələsi çərçivəsində idmançımız Kənan Rzayev üçüncü görüşünü İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.

Xatırladaq ki, badmintonçumuz ikinci görüşdə maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlubiyyətə uğradıb.
______________

Kənan Rzayev görüşdə rəqibinə ciddi müqavimət göstərə bilməyib – 6:21 və 15:21.

Axşam qrup yarışlarında Azərbaycan təmsilçiləri Kənan Rzayev-Orxan Qələndərli cütlüyü Rusiya idmançıları Vladimir İvanov–İvan Sozonova qarşı keçirəcək.

Badminton üzrə qadınlar arasında fərdi, cütlük və qarışıq komanda yarışları da keçirilir. Qadınların mübarizəsində Azərbaycan təmsil olunmur.
______________

Qrup yarışlarında Kənan Rzayev-Orxan Qələndərli dueti Rusiya təmsilçiləri Vladimir İvanov – İvan Sazonova qarşı mübarizədə 7:21 və 8:21 hesabı ilə məğlub olub.

Bakı İdman Sarayında səkkizdəbir, daha sonra isə dörddəbir finala vəsiqə qazanmaq üçün həm qadınlar, həm də kişilər arasında fərdi və qrup yarışları davam edir.