Boksçumuz finalda - yenilənib+foto

Boksçumuz finalda -  yenilənib+foto
2591 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Bakı 2015"in boks yarışlarında Azərbaycan yığmasının ilk üzvü finala adlayıb, digər təmsilçimiz isə bürünc medalı qazanıb.

Axşam.az-ın məlumatına görə, Kristal Zalda keçirilən boks yarışlarında çıxış edən yığma komandamızın üzvlərindən 11-i yarımfinala vəsiqə qazanıb.

Bu gün yüngül (57-60 kq) çəki dərəcəsində çıxış edən qadın boksçumuz Yana Alekseyevna və orta çəkidəki (75 kq) kişi təmsilçimiz Xaybula Musalov 1/4 final döyüşlərində qalib gələrək yarımfinala çıxıblar.

Dünən isə Anna Əlimərdanova (51-54kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq) və Abdulkadır Abdullayev (+91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına yüksəliblər.

Bundan öncə isə daha 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb.

Lakin superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu M.Məcidov zədə aldığı üçün turniri vaxtından əvvəl başa vurub.

Yarımfinal döyüşünə əvvəlcə yarım-yüngül çəkidəki (56 kq) bokçumuz T.Əliyev Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirib. O, 1:2 hesabı ilə məğlub olaraq bürünc medala yiyələnib.

Avropa Oyunlarında yarım-ağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı T.Məmmədov isə finala vəsiqə qazanmaq üçün Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gəlib. Təmsilçimiz 3:0 qələbə qazanaraq finala adlayıb.

Oyunları Prezident İlham Əliyevin ailəsi də tribunadan izləyib.