Hər iki basketbol komandamız səkkizdəbir final mərhələsində - yenilənib

Hər iki basketbol komandamız səkkizdəbir final mərhələsində -  yenilənib
630 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 24-də Avropa Oyunları Parkında keçirilən kişilər və qadınlar arasında 3x3 basketbol yarışlarının ikinci günü Azərbaycanın hər iki komandası üçün uğurlu olub.

Axşam.az-ın məlumatına görə, “A” qrupunda Azərbaycanın qadın basketbolçuları bu dəfə Niderland millisi ilə görüşdə 14:10 hesabı ilə qələbə qazanıblar. Növbəti görüşdə Yunanıstan millisi ilə qarşılaşan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası rəqibini 21:15 hesabı ilə məğlub edib. Yarışda ikinci qalibiyyətini əldə edən yığmamızın səkkizdəbir final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar.

Kişilər arasında 3x3 basketbol yarışlarında “D” qrupunda növbəti qarşılaşma Azərbaycan və Andorra yığmaları arasında keçirilib. Azərbaycan yığması Andorra komandasını 20:14 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Komandamızın səkkizdəbir final mərhələsindəki rəqibi İsrail millisi olacaq.

Qeyd edək ki, iyunun 23-də Azərbaycan millisi qrupdakı ilk oyununda Çexiya, ikinci oyununda isə İsveçrə yığmasından üstün olub.

Ümumilikdə 32 komandanın mübarizə apardığı və dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.