Sevil və Sevinc bacılarından iki medal - yenilənib

Sevil və Sevinc bacılarından iki medal -  yenilənib
4851 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Oyunlarının qılıncoynatma yarışlarının üçüncü günündə kişilər arasında rapira, qadınlar arasında sablya ilə fərdi yarışlarda mükafatçılar müəyyənləşəcək.

Axşam.az-ın məlumatına görə, kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmur. Qılıncoynatma üzrə fərdi yarışların son günündə dörd qadın sablyaçımız mübarizə aparacaq.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizəyə başlayacaq.

Azərbaycan qılıncoynadanlarından Sevinc Bunyadova “A”, Fatimə İbrahimova “D”, Səbina Mikina “E”, Sevil Bunyadova “F” qrupunda qüvvələrini sınayacaqlar.
_______________

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlar davam edir.

Sevinc Bünyadova qrup mərhələsində 5 görüş keçirib və hamısında qələbə qazanıb. O, ukraynalı dünya və Olimpiya çempionu Olqa Xarlan ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılıb.

Ümumilikdə fərdi yarışda 36 idmançı 6 qrupda mübarizə aparır. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova, Fatimə İbrahimova, Səbina Mikina, Sevil Bünyadova qüvvəsini sınayırlar.

Sevinc Bünyadova AZƏRTAC-a müsahibəsində deyib: “Rəqiblərim güclü idi, amma mən onların hamısına qalib gəldim. Olqa Xarlanı məğlub edə biləcəyimə bir o qədər də inanmırdım. Amma səylə çalışaraq 5:3 hesabı ilə onu məğlubiyyətə uğratdım. O, əsas rəqibim idi. Bacım Sevil Bünyadovadan da qələbələr gözləyirəm".
____________

Azərbaycan qılıncoynadanı Səbinə Mikina da qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında qalib gəlib.

Digər sablyaçılarımızdan Fatimə İbrahimova və Sevil Bünyadova qrup mərhələsində keçirdikləri beş oyunda müvafiq olaraq 3 və 4 qələbə qazanıblar.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlar davam edir.
___________

Yarışda onaltıdabir final mərhələsində mübarizə aparacaq Sevil Bünyadovanın rəqibi polşalı Maqdalena Pasternak olacaq. Fatimə İbrahimova isə italiyalı Rebekka Qarqano ilə görüşəcək. Sonuncu qarşılaşmanın qalibi səkkizdəbir finalda Sevinc Bünyadova ilə qarşılaşacaq. Səbinə Mikina isə rusiyalı Yana Obvintseva və rumıniyalı Bianka Pasku görüşünün qalibi ilə üz-üzə gələcək.
______________

Yarışda onaltıdabir final mərhələsində mübarizə aparan Sevil Bünyadova rəqibi polşalı Maqdalena Pasternaka 15:4 hesabı ilə qalib gəlib. Növbəti mərhələyə çıxan idmançımız səkkizdəbir finalda rusiyalı Mariya Ridel ilə qarşılaşacaq.

Fatimə İbrahimova isə italiyalı Rebekka Qarqano ilə üz-üzə gəlib və 7:15 hesabı ilə məğlub olub. İtaliyalı Rebekka Qarqano səkkizdəbir finalda Sevinc Bünyadova ilə qarşılaşacaq.

Səbinə Mikina isə rusiyalı Yana Obvintseva ilə üz-üzə gələcək.
____________

Sevil Bünyadova rusiyalı Mariya Ridelə 15:9 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. O, yunanıstanlı Vasiliki Vouqiouka ilə qarşılaşacaq.

Sevinc Bünyadova isə italiyalı Rebekka Qarqanonu 15:7 hesabı ilə məğlubiyyətə uğradaraq dörddəbir finala vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Alina Komaşçuk olacaq.

Bu mərhələdə Səbinə Mikina rusiyalı Yana Obvintseva ilə qarşılaşmada 13:15 hesabı ilə məğlub olub.
____________

Sevil Bünyadova döddəbir finalda yunanıstanlı Vasiliki Vouqioukanı 15:12 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

İdmançımızın bacısı Sevinc Bünyadova da yarımfinalda oynamaq hüququ qazanıb. O, bu yolda ukraynalı Alina Komaşçuk ilə qarşılaşmada 15:11 hesabı ilə qalib gəlib.

________

Azərbaycan qılıncoynadanı Sevil Bünyadova bu gün I Avropa Oyunlarında sablya ilə fərdi yarışların finalına çıxıb.

O, yarımfinalda fransalı Marqau Rifkiss üzərində 15:9 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda digər təmsilçimiz Sevinc Bünyadova isə polşalı rəqibi Angelika Vatora məğlub olaraq (11:15) bürünc medalla kifayətlənib.

Sevil Bünyadova isə finalda A.Vator ilə qarşılaşıb.

Gərgin keçən görüşdə polşalı qılıncoynadan cüzi üstünlüklə qalib gəlib - 15:14.

Beləliklə, Sevil Bünyadova Azərbaycana Avropa Oyunlarında 13-cü gümüş medalı qazandırıb. Azərbaycan idmançıları ümumilikdə 46 medal əldə ediblər - 15 qızıl, 13 gümüş, 18 bürünc.