Teymur Məmmədovdan qızıl medal - yenilənir

Teymur Məmmədovdan qızıl medal -  yenilənir
3990 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarının boks yarışlarının onuncu günündə yarımfinal və final görüşləri keçiriləcək.

Axşam.az xəbər verir ki, bu gün Azərbaycanın 4 boksçusu medallar uğrunda mübarizəyə qoşulub.

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) qızıl medal uğrunda döyüşdə Avropa çempionu italiyalı Valentino Manfredonia ilə qarşılaşıb. 3:0 qalib gələn təmsilçimiz qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 15-ci qızıl medaldır.

__________


Günün açılış qarşılaşmasında Azərbaycan qadın boksçusu Anna Əlimərdanova (51-54kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.

Kişi boksçularımızdan Elvin Məmişzadə (52 kq) finala çıxmaq üçün almaniyalı rəqibi Hamza Toubaya qalib gəlməlidir.

Kollazo Sotomayor (64kq) isə yarımfinaldakı ukraynalı Viktor Petrov ilə üz-üzə gələcək.

Bu gün 51-54 (qadınlar), 52, 64, 91+ (kişilər) çəki dərəcələrində yarımfinal, 48-51, 69-75 (qadınlar), 56 və 81 kiloqram çəki dərəcələrində (kişilər) isə final görüşləri keçiriləcək.
_____________

Günün ilk qarşılaşmasında Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyevaya 0:3 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.
___________

Qadın boksçuların mübarizəsində 51-54 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.

Yarımfinalda Azərbaycan idmançısı Anna Əlimərdanovanı məğlub edən rusiyalı Yelena Savaleva qızıl medal uğrunda döyüşdə italiyalı Marzia Davide ilə qarşılaşacaq.
____________

Qadınlar arasında günün ikinci yarımfinal görüşündə İtaliya idmançısı Valentina Alberti (60-64kq) polşalı Aneta Rigielskanı, Rusiya boksçusu Anastasiya Belyakova isə Böyük Britaniya təmsilçisi Sandi Rayanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıblar.
_____________

Aişə Qurbanlı (48 kq) səkkizdəbir finalda italiyalı Valentina Moskatta, Kifayət Qasımova (57 kq) isə ilk görüşündə serbiyalı Yovana Roqiçə məğlub olublar.
___________

Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə yarımfinalda almaniyalı rəqibi Hamza Tuba üzərində 3:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdıran ikinci Azərbaycan boksçusu olub.

Onun bu mərhələdəki rəqibi slovakiyalı Vilyam Tanko və italiyalı Vinçenzo Pikardi görüşünün qalibi olacaq.
_____________

Yarışda 52 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanan Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadənin bu mərhələdəki rəqibi İtaliya boksçusu Vinçenzo Pikardi olacaq. V.Pikardi yarımfinalda slovakiyalı Vilyam Tankonu mübarizədən kənarlaşdırıb.
____________

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (46 kq) yarımfinalda ukraynalı Viktor Petrovu mübarizədən kənarlaşdırıb – 3:0. Qızıl medal uğrunda döyüşdə onun rəqibi almaniyalı Kastriot Sopanı məğlub edən İtaliya boksçusu Vinçenzo Manyakapredir.
_____________

Yarımfinal mərhələsində keçirilən 9 görüşdən sonra 51-54, 60-64 (qadınlar), 52, 64 və 91+ kiloqramlarda finalçılar məlum olub.

Doxsan bir kiloqramdan ağır çəki dərəcəsində yarımfinala vəsiqə qazanan Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov əvvəlki görüşdə aldığı ağır zədə üzündən rinqə çıxmayıb. Onun rəqibi Rusiya idmançısı Qasan Qimbatov birbaşa finala vəsiqə qazanıb. Rusiyalı atletin finaldakı rəqibi Böyük Britaniya boksçusu Coy Coys olacaq.