Qadın basketbolçularımız 1/4 finalda - yenilənir

Qadın basketbolçularımız 1/4 finalda -  yenilənir
398 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” çərçivəsində Avropa Oyunları Parkında keçirilən kişilər və qadın yığmaları arasında 3x3 basketbol yarışları davam edir.

Axşam.az-ın məlumatına görə, kişi və qadın komandaların mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmaq uğrunda mübarizə aparırlar.

Ötən gün basketbol yarışlarının ikinci günü Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları üçün uğurlu olub. Hər iki komandamız səkkizdəbir final mərhələsinə yüksəlib.

Yarışların üçüncü günündə qadınların mübarizəsində Azərbaycanın 3x3 basketbol komandasının səkkizdəbir final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar. Bu mərhələni adlayacağı təqdirdə millimiz dörddəbir finalda İspaniya-Türkiyə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Kişilər arasında 3x3 basketbol yarışlarında isə Azərbaycan yığması səkkizdəbir final mərhələsində İsrail millisi ilə qarşılaşacaq. Yığmamız rəqibini məğlub edəcəyi təqdirdə dörddəbir finalda İspaniya - İtaliya görüşünün qalibi ilə qarşılaşacaq.

Ümumilikdə dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

__________

Azərbaycanın qadınlardan ibarət basketbol millisi Litva yığması ilə qarşılaşıb.

Oyunda üstün olan millimiz 1/4 finala vəsiqə qazanıb - 17:10.

Növbəti mərhələdə rəqib İspaniya komandasıdır.