Azərbaycan yığması İsveçrəyə uduzub - yenilənib

Azərbaycan yığması İsveçrəyə uduzub -  yenilənib
645 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015" ilk Avropa Oyunlarında çimərlik futbolu yarışlarının ikinci günündə - iyunun 25-də qitənin 8 ölkəsinin yığma komandası medallar uğrunda mübarizəni davam etdirib.

Axşam.az-ın məlumatına görə, "A" qrupunda Azərbaycan və İsveçrə milliləri qarşı-qarşıya gəlib. Yığmamız bu oyundan 4:7 hesabı ilə məğlub ayrılıb.

İyunun 26-da çimərlik futbolu yarışlarında qrup mərhələsinin növbəti görüşləri keçiriləcək.