Yığmamız 6-cı yeri tutub - yenilənir

Yığmamız 6-cı yeri tutub -  yenilənir
617 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa Oyunlarında qılıncoynatmada komanda yarışlarına start verilib.

Axşam.az-ın məlumatına görə, qadınlar rapira və şpaqada, kişilər isə sablyada qüvvələrini sınayacaqlar.

Azərbaycan bu yarışlarda iki komanda ilə təmsil olunacaq. Komandalarımız dörddəbir finalda mübarizəyə qoşulacaq.

Şpaqaçı qadınlardan ibarət yığmamız Rusiya ilə görüşəcək. Qalib gələn tərəf yarımfinalda Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Kişi sablyaçılar da Rusiya ilə üz-üzə gələcək. Komandamız qalib gəlsə, növbəti mərhələdə İtaliya ilə görüşəcək.
__________

Şpaqaçı qadınlardan ibarət komandamız dörddəbir finalda Rusiya yığması ilə qarşılaşıb. Millimiz bu oyunda 19:45 hesabı ilə uduzaraq, yarımfinala yüksələ bilməyib.

Kişi sablyaçılar da dörddəbir finalda Rusiya komandası ilə görüşüb. Yığmamız bu oyunda 18:45 hesabı ilə məğlub olaraq yarımfinala çıxa bilməyib.
__________

Yarımfinala yüksələ bilməyən komandalar 5-ci yer uğrunda oyunda qüvvəsini sınayıblar.

Hər iki komandamız Macarıstan yığmaları ilə qarşılaşıb. Kişilər 19:45, qadınlar isə 25:45 hesabı ilə uduzub. Nəticədə hər iki yığmamız 6 komanda arasında 6-cı yeri tutub.