Üzgüçülərimizin ilkin nəticəsi - yenilənir

Üzgüçülərimizin ilkin nəticəsi -  yenilənir
480 dəfə oxunub
  • A-
  • A
  • A+

İlk Avropa Oyunları çərçivəsində üzgüçülük üzrə yarışların dördüncü günü başlayıb.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, səhər saatlarında kişilər arasında 50 metr məsafəyə arxası üstə, 200 metr və 800 metr məsafəyə sərbəst üsulla, 100 metr məsafəyə kəpənək və 100 metr məsafəyə brass üsulu ilə üzməklə ilkin yarışlar keçirilir.

Qadınlar 50 metr məsafəyə sərbəst, 100 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə fərdi kompleks, 100 metr məsafəyə brass üsulu ilə üzəcəklər. Həmçinin 4x100 metr məsafəyə qarışıq kompleks estafet yarışları keçiriləcək.

Axşam sessiyasında qadınlar arasında 100 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə fərdi kompleks üsulda və 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarının yarımfinalları, habelə kişilər arasında 100 metr məsafəyə kəpənək üsulu, 200 metr məsafəyə sərbəst üsul və 100 metr məsafəyə brass üsulu ilə yarımfinallar keçiriləcək.

Bununla yanaşı, kişilər arasında 50 metr məsafəyə və 200 metr məsafəyə arxası üstə, 800 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarının qalibləri, o cümlədən qadınlar arasında 200 metr məsafəyə sərbəst üsulla, 100 metr məsafəyə kəpənək üsulu və 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarının qalibləri müəyyən ediləcək. Bundan başqa, 4x100 metr məsafəyə qarışıq kompleks estafet yarışının finalı keçiriləcək.

Bu gün ümumilikdə 7 dəst medal sahibini tapacaq. Azərbaycanı Anna Mançenkova (50 metr məsafəyə sərbəst üsul), Qriqori Kalmınski (50 metr məsafəyə arxası üstə), Yuliya Stısyuk (100 metr məsafəyə arxası üstə), İvan Andrianov və Murat Ayxan (100 metr məsafəyə kəpənək), Anton Jeltyakov (100 metr məsafəyə brass üsulu) təmsil edirlər. Komandamız 4x100 metr məsafəyə qarışıq kompleks estafet yarışında iştirak edəcək.
_______________

Azərbaycan üzgüçülərinin ilkin nəticələri məlum olub: 50 metr məsafəni sərbəst üsulla üzmədə Anna Mançenkova 29.07 saniyə, 50 metr məsafəni arxası üstə üzmədə Qriqori Kalmınski 27.89 saniyə, 100 metr məsafəyə arxası üstə üzmədə Yuliya Stısyuk 1:10.50 dəqiqə, 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə İvan Andrianov 56.03 saniyə və Murat Ayxan 1:02.33 dəqiqə, 100 metr məsafəyə brass üsulu ilə üzmədə Anton Jeltyakov 1:03.83 dəqiqə.

Komandamız 4x100 metr məsafəyə qarışıq kompleks estafet yarışı mərhələsinə keçə bilməyib.