Əməkdar artist Türkiyədə festivala qatılacaq

Əməkdar artist Türkiyədə festivala qatılacaq
880 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Muğla Böyükşəhər bələdiyyəsinin təşkilatçılığı ilə sentyabrın 2-dən 4-dək Muğla şəhərində Beynəlxalq Zurna Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, AzərTac "CNN türk" kanalının saytına istinadla xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Yunanıstan, Bolqarıstan və digər ölkələri təmsil edən 19 sənətçi qatılacaq.

Festival Muğladakı teatrların birində baş tutacaq. Üç gün davam edəcək festivalın keçirilməsinin əsas məqsədi zurna ifaçılıq mədəniyyətinin təbliği və gənc ifaçı nəslə bu sənəti daha da sevdirməkdən ibarətdir. Artıq festivala hazırlıq işlərinə başlanılıb.

Festivalda Azərbaycanı əməkdar artist Şirzad Fətəliyev təmsil edəcək.

Bu festival artıq ikinci dəfədir ki, Muğlada reallaşdırılır.