Cahangir Novruzov Bakıda filmə çəkilir

Cahangir Novruzov Bakıda filmə çəkilir
1155 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəvətilə yenidən Bakıya gəlib.

Axşam.az "report"a isitnadən xəbər verir ki, görkəmli sənətkar "Azərbaycanfilm" də istehsal edilən "Köşk" bədii filmində əsas obrazlardan birini ifa etmək üçün sınaq çəkilişinə dəvət olunub: 

"Hazırda Bakıdayam. "Azərbaycanfilm" kinostudiyasının dəvətilə rejissor Mirsadıq Ağazadənin "Köşk" adlı filmində biznesmen Natiq obrazını ifa etmək üçün sınaq çəkilişinə dəvət olunmuşam. Filmin çəkilişləri Azərbaycan və Gürcüstanda aparılacaq".

Cahangir Novruzov həm də Türkiyədə yeni filmə çəkilib. Bu barədə ilk xəbəri "Report"a deyən sənətkar çəkilişlərin başa çatdığını bildirib. "Türk rejissoru Sadiq Dəmirözün "Bilgi adam" adlı filmində baş rolu ifa etmişəm. Filmin çəkilişləri artıq başa çatıb. Filmdə "Bilgi adam"ı, yəni "Müdrik adam"ı canlandırmışam. Filmin sonu dahi Hüseyn Cavidin "İblis" əsərində İblisin monoloqu ilə bitir. Bu monoloğun filmə salınması mənim təşəbbüsümlə olub".

Qeyd edək ki, Cahangir Novruzov Türkiyədə növbəti yeni filmə çəkilmək üçün təklif alıb. Hazırda vətənində olan sənətkar "Azərbaycanfilm"də yeni filmdə çəkilməklə yanaşı, Milli Dram Teatrında hazırlanan "Qu quşunun nəğməsi" əsərində də baş rolu ifa edəcək.