“Bəyin oğurlanması”nın Miriş və Gülbadamı 32 il sonra – foto

“Bəyin oğurlanması”nın Miriş və Gülbadamı 32 il sonra –  foto
2793 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəyin oğurlanması” filmindəki Miriş və Gülbadamın “Salam-sağ-ol” səhnəsini yəqin ki, hamı xatırlayır.

Axşam.az-ın məlumatına görə, Mirişi xalq artisti Arif Quliyev, Gübadamı isə aktrisa Naibə Əlibəyova canlandırıb.

Uzun müddətdir sənətdən uzaqlaşan N.Əlibəyova ötən gün qala gecəsində görüntülənib. Aktrisa həmkarı Arif Quliyevi rol aldığı “Nazlı” filminin təqdimatında tək qoymayıb.

Qeyd edək ki, N.Əlibəyova açıqlamasında xərçəngdən əziyyət çəkdiyini, əməliyyat olunduğunu və buna görə sənətdən uzaq qaldığını demişdi.

"Bəyin oğurlanması" 1985-ci ildə lentə alınıb.

Foto: Ramin ASLANOV