"Morqu açdırıb, meyidini öpdüm"

"Morqu açdırıb, meyidini öpdüm"
10106 dəfə oxunub
  • A-
  • A
  • A+
Jurnalist Vehbi Dinçcanın keçirdiyi əməliyyat nəticəsində vəfat etməsi Türkiyəni yasa boğub.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, xəbəri eşidən tanınmışlar xəstəxanaya axın ediblər. Onların arasında müğənni Bülənt Ərsoy da olub.

Tibb bacıları tez-tez ayaq üstə güclə dayanan sənətçinin təzyiqini ölçüblər. Dinçcanın ailəsinə başsağlığı verən B.Ərsoy morqda jurnalistin cəsədini öpdüyünü deyib:

“Vehbi bəy mənim üçün çox önəmli biri idi. Necə yaxşı insan olduğunu sözlərlə başa sala bilmərəm. Xəstəxananın morqunu açdırıb, onun meyidini öpüb-oxşadım. Daha əvvəl Zəki Mürənlə Osman Yağmurdərəlinin cəsədlərini də öpmüşdüm”.