İlin ən çox dinlənilən 3 mahnısı - Foto+Video

İlin ən çox dinlənilən 3 mahnısı - Foto+Video
2587 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur “Kral FM” radiosunda söz yazarı Cəlal Qurbanovun təklifi ilə 3 ən çox dinlənilən yerli mahnılarımız səslənib. Eyni zamanda “Azad Azərbaycan” radiosunda da türk mahnıları işıqlandırılıb.

Axşam.az xəbər verir ki, Azərbaycanda ilin ən çox dinlənilən mahnısı kimi Samir Cavadzadənin “Sev məni” mahnısı seçilib.

İkinci yerdə Xalq Artisti Aygün Kazımovanın “Ehtiyacım var”, üçüncü yerdə isə Xalq Artisti Röya Ayxanın “Yaz ayları” mahnısı yer alıb.

Bu gün “Azad Azərbaycan”radiosunda Samir Cavadzadəyə“Milli dalğa 2019” mükafatı təqdim olunub.