"Scooby-Doo" serial olacaq

"Scooby-Doo" serial olacaq
349 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. 

Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək.

Qeyd edək ki, "Scooby-Doo" 2005-ci ildə tarixdə ən çox bölümü olan cizgi filmi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.