Qəzzadakılar üçün yenidən yardım göndərəcək

Qəzzadakılar üçün yenidən yardım göndərəcək
485 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur müğənni "The Weeknd" Qəzza zolağında ailələrin qidalanmasına kömək etmək üçün öz "XO" humanitar fondundan 2 milyon dollar vəd edib.

Axşam.az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (BMT ÜDM) saytında verilən məlumata görə, bu pul 1,5 min tondan çox zənginləşdirilmiş buğda ununun alınmasına sərf olunacaq.

Bununla 18 milyon çörək bişiriləcək ki, bu da bir ay ərzində 157 mindən çox fələstinlini doyuracaq.

Müğənni pərəstişkarlarını BMT-nin humanitar səylərinə əllərindən gələni ianə etməyə çağırıb.

Qeyd edək ki, o, 2023-cü ilin sonunda 173 min fələstinlini iki həftə ərzində qidalandırmaq üçün 2,5 milyon dollar bağışlamışdı.