Təranə və Musa 23 il sonra...

Təranə və Musa 23 il sonra...
4126 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Təranə Qumral və Musa Musayev cütlüyü "Yalan dünya" adlı mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, mahnının sözləri Məhəmməd Hüseyn Şəhriyara, musiqisi isə Musayevin özünə məxsusdur. M.Musayevin sözlərinə görə bəstə 23 il bundan əvvəl ərsəyə gəlib:

"Bu mahnını ilk olaraq 1998-ci ildə, "bacı" deyərək müraciət etdiyim Xalq artisti Zeynəb Xanlarova səsləndirib. Ondan sonra mən bu mahnını oxumadım. Çox gözəl özünəməxsus ifası ilə imzasını qoymuşdu. Sonradan gördüm ki, yaxın zamanlarda başqa-başqa müğənnilər də bu bəstəyə müraciət edib. Onlardan biri də Əməkdar artist Xumaq Qədimovadır. Qoy, yaxşı mahnını hamı ifa etsin. Onlardan bir xahişim var: O da müəllifin qeyd olunmasıdır".

Qeyd edək ki, mahnı cütlüyün rəsmi "YouTube" kanalında yayımlanıb.