"Yarqı"nın finalında izləyicilərə sürpriz ediləcək

"Yarqı"nın finalında izləyicilərə sürpriz ediləcək
1559 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kanal D"nin "Ay Yapım" imzalı serialı, 3 mövsümdür ekranlarda olan “Yarqı” serialı bu mövsüm final edəcək.

Axşam.az xəbər verir ki, mayın 26-da serialın sonuncu bölümü ekrana gedəcək. Serial komandası bunun üçün xüsusi vida partisi hazırlayıb. Belə ki, ekran işinin komandası və tamaşaçıları son bölümü bir arada izləyə biləcəklər.

Başda Türkiyə olmaqla, dünyanın bir çox ölkəsindən geniş tamaşaçı auditoriyası olan serialın maraqla gözlənilən möhtəşəm finalına bir neçə həftə qalıb. Hələlik təfərrüatları gizli saxlanılan gecə ilə bağlı məlumatlar çox yaxında izləyicilərlə paylaşılacaq.

Uğur Polat, Cezmi Baskin, Zeyno Eracar, Uğur Aslan, Defne Kayalar, Alican Yücesoy, Arda Anarat, Sema Ergenekonun ustad yazıçısı Ali Bilgin ilə görüşdüyü serialda baş rollarda Kaan Urgancıoğlu və Pınar Deniz yer alır