II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda “Monako dünyası” sərgisinin açılışında iştirak ediblər.

Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyində görünəcək ölkələr siyahısına Monakonun da əlavə olunması ilə eyni vaxta təsadüf edib.

Gəzinti üçün 46 yaşlı Şarlin krem ​​rəngli palto və qara şərf seçib, görünüşü brilyant sırğalarla tamamlayıb. Qreys Kellinin oğlu 66 yaşlı II Albert klassik kostyum və qalstuk taxıb. Cütlüyün övladları da neytral çalarlarda paltar geyinmiş fotoqraflara pozalar verib və taxt varislərinə yaraşaraq özlərini təvazökar aparıblar.

Son aylar cütlük uşaqları ilə nadir hallarda ictimaiyyət qarşısına çıxır. Evlilikləri ilə bağlı problemlər gündəmə gələn cütlük şayiələrə son qoyub.