Tanınmış sənətçilər hansı yolla arıqlayır? - sorğu

Tanınmış sənətçilər hansı yolla arıqlayır? - sorğu
5319 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq köklük də getdikcə istiləşmə kimi dünyanın qlobal probleminə çevrilir.

Nəhəng dərman şirkətləri bu qlobal problemə qarşı kimyəvi vasitələr axtarır, artıq çəkidən xilas olmağın yolları aranır və nəticədə milyardlarla ölçülən gəlir əldə edirlər. Aparılan kampaniyalar isə qadınları kompleksə sürükləyir və arıqlamaq dəbə çevrilir. Kompleksə düşən xanımlar arzuladıqları bədən formasını əldə etmək üçün çeşid-çeşid vasitələrdən istifadə edirlər. Bura pəhriz çayları, kofe, idman, növbənöv dərman preparatları və nəhayət cərrahi əməliyyatlar daxildir. Maraqlıdır, bəs görəsən bizim məşhur xanımlarımız özlərini formada saxlamaq üçün hansı vasitələrdən istifadə edirlər? 

Xalq artisti Nazpəri Dostəliyeva formada qalmağın ən gözəl yolunu mütəmadi olaraq idmanla məşğul olmaqda gördüyünü dedi:

“Pəhrizlə arıqlamağa, formada qalmağa normal baxmıram. Çünki uzun zaman saxlanılan pəhriz yorucu olur. Qeyri-peşəkar pəhrizlər müəyən müddətdən sonra insan orqanizmində fəsadlar yaradır. İdmanla mütəmadi məşğul olduğumdandır ki, plastik əməliyyatdan istifadə etməmişəm”.  

Əməkdar artist Hüsniyyə Mürvətova arıqlamaq üçün heç bir vasitədən istifadə etmədiyini bildirdi:

“Mən doğuşdan beləyəm, çox yesəm də, kökəlmirəm”. 

Əməkdar artist Ruhəngiz Allahverdiyeva da arıq və normal çəkidə qalmağın elə də böyük zəhmət tələb etmədiyini bildirdi:

“Mən pəhriz saxlamıram, bütün qidalardan, istədiyim vaxt istifadə edirəm. İdmanla məşğul olmuram, ancaq yaxın gələcəkdə bunu planlaşdırıram. Plastik əməliyyata müraciət etdiyim vaxt da olub, ehtiyac yaranarsa, yenə bu yolu seçərəm”.
 
axar.az