6 ayda 33 kiloqram arıqlayıb

6 ayda 33 kiloqram arıqlayıb
1547 dəfə oxunub
  • A-
  • A
  • A+

Byanka kimi tanınan belorus əsilli rus müğənni Tatyana Eduardovna Lipniskaya 6 ayda 33 kiloqram arıqladığını açıqlayıb.

Axşam.az xəbər verir ki, uzunmüddətli istirahət üçün tətilə gedən ifaçı çox yemək yediyinə görə çəkisinin 90 kiloqrama çatdığını etiraf edib:

"Bali, Vyetnam, Phuketə getdim və orada hər şey çox dadlı və ucuzdur. Düşündüm ki, tətildə olduğum üçün onda hər şeyi yeyə bilərəm. Hər şeyi yediyim üçün sadəcə arıqlaya bilmədim. Tərəziyə ayaq basıb 90 kiloqram olduğumu anlayanda ağladım".

Byanka 55 kiloqrama qədər arıqlamağı planlaşdırdığını söyləyib.