Bu gün ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcək

Bu gün ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcək
974 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti test mərhələsi başlayır.

Axşam.az xəbər verir ki, imtahanların ilk günündə fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.

İmtahanlar 3350 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, imtahanlar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.