Jah Xalibə daha bir zərbə

Jah Xalibə daha bir zərbə
719 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan əsilli məşhur qazax reper Jah Xalibin (Bəxtiyar Məmmədov) adı "Summer Fest" musiqi festivalından çıxarılıb.

Axşam.az xəbər verir ki, bu barədə festivalın yaydığı bəyanatda deyilir:

"Son hadisələr və xəbərlərə görə Jah Xalibin "Summer Fest"dəki çıxışı ləğv edilib".

Qeyd edək ki, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin məhkəməsi və ümumilikdə Qazaxıstanda qadınlara qarşı zorakılıq mövzusunun müzakirəsi fonunda internet istifadəçiləri Xalibin sözügedən açıqlamasını önə çəkiblər. 

Reper "Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsiz olacaq" sözlərini işlətmişdi.

Bundan sonra sosial media istifadəçiləri reperin mahnılarının silinməsini, konsertlərinin isə ləğv olunması, ümumilikdə, ölkədəki fəaliyyətinin dayandırılmasını tələb ediblər. İstifadəçilər Xalibə qadınların geyimi ilə bağlı şərh verməkdənsə, mahnı yazmağı məsləhət görüblər.