Aktyorlar "Parkda" - Fotolar

Aktyorlar "Parkda" - Fotolar
482 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Kukla Teatrının əsas səhnəsində müstəqil “Oyun” İnklüziv Teatrının təqdimatında “Parkda” adlı tamaşanın premyerası olub.

Axşam.az xəbər verir ki, tamaşanın pyes və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Cəmiyyətdəki sosial-mənəvi problemlər fonunda müxtəlif qadın qəhrəmanlarını ön plana çıxaran tamaşa real qəhrəmanların həyat hekayələrinin səhnələşdirilmiş yozumudur. Tamaşada müxtəlif dövlət teatrlarında çalışan peşəkar aktyorlarla yanaşı əlilliyi olan həvəskarlar da rol alıblar. Tamaşanın da əsas məqsədi əlilliyi olan şəxslərin tanınmış aktyorlarla bir layihədə iştirakına şərait yaratmaq və bu yolla onların cəmiyyətə inteqrasiyasına nail olmaq olub.

Tamaşada rolları Zülfiyyə Qurbanova (Aynur), Zümrüd Qasımova (Dilarə), Ülviyyə Əliyeva (Sərgül), Türkay Cəfərli (Murad), Gülçöhrə Abdullayeva (Bibixanım),  Səbinə Məmmədova (Ofsiant), eləcə də Xaqani Əliyev, Kamilə Xəlilova, Babək İsmayılov, Selcan Xatun, Aylin Nəcəfli, İbrahim Laçın, Hökumə Ağayeva və İlkin Həsənli ifa ediblər.

Tragikomik səhnələrin üstünlük təşkil etdiyi birhissəli tamaşada ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çıxarılıb.