Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Ailəsindən danışan aktrisa anasını tez itirdiyini bildirib. O deyib ki, atası da anasından sonra infarkt keçirib dünyasını dəyişib:
"Anamın atama son sözü bu oldu: "Balalarımı sənə, səni Allaha tapşırıram. Balalarımdan və səndən doymadım". Anam 52 yaşında dünyasını dəyişdi. Atam çox əziyyət çəkdi, ürəyi dözmədi. 6 ildən sonra infarkt keçirdi, dünyasını dəyişdi. Ata itirmək bir başqa dərtdir. Ona çox bağlı idim. Atam bizə ana itkisini hiss etdirmirdi, hər qayğını göstərirdi. Atamdan sonra dedim, dağım getdi. Gecə-gündüz qəbir üstünə gedirdim. Ondan sonra həyatda hər şeyi itirdim".