Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı - Xəbərdarlıq
7856 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.