Bu günlərdə Ben Afflek və Cennifer Lopez boşanma xəbərləri ilə gündəmdən düşmür.
Axşam.az xəbər verir ki, bir neçə gün əvvəl insayderlər cütlüyün iki aya yaxındır bir-birini görmədiyini yazıb.
Bundan dərhal sonra aktyor və müğənni xüsusi olaraq paparassilər üçün icad edilmiş kimi nümunəvi ailə gəzintisi təşkil ediblər. Ancaq görüşlərinin şahidi Afflek və Lopezin o qədər də xoşbəxt görünmədiyini və sonda fərqli istiqamətlərə getdiklərini söyləyib.
“Page Six” nəşri yazır ki, Afflek Los-Ancelesdə ayrı qalmaq üçün ev axtarır.