"Pozğunluğun reklamı yüksək səviyyədə idi"

"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
5094 dəfə oxunub
  • A-
  • A
  • A+

"Vaxt var idi heç "Avroviziya"da yox idik. Vaxt da var idi qalib olmuşuq, ikinci yeri də tutmuşuq, dəgələrlə onluqlarda olmuşuq, aşağı pillələrdə də yer almışıq. Finala da keçmədiyimiz illər olub. Ona da müsabiqə deyərlər ki, bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Ranar Musayev "Avroviziya" təmsilçilərimiz İlkin Dövlətov və Fahree-nin çıxışını tənqid edənlərə cavab olaraq yazıb. Ranar deleqasiyanın musiqi prodüseri Eldar Qasımovu tənqid edənlərə cavab verib:

"Vacib amillərdən də biri odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prossesindən keçən, mektəb görən, təcrübəli, peşəkar ulduzlarımız yetişir. Bu il də eyni, təcrübə keçmiş daha 2 müğənni yığdıqlarını öz ölkələrində paylaşmağa qayıdır. O ki qaldı heç vaxt heç nəyə nail olmayan istefa tələbi ilə çıxış edən, divan ekspertlərinə: Bu gün eyni bulvarda addımlayaraq "Crystal Hall" konsert zalına gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışması "Avroviziya" tarixində qalib ölkə kimi görəndə, nankor beyninizi işə salıb, xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür. 13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedəndə, indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib. Yenə də özümüzük.

Bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ucalanı qucağa almaq, göydən yerə düşəni tapdalamaqdan başqa nə bacarığım var? Ona görə də, istər qalibiyyət, istər məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla, cəhdləri nəticəsində qalib olur. Digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək: kim yıxılmaq, kim tapdalamaq istəyir?".

Ranarın yazdıqlarına isə "Avroviziya 2011" qalibi Nigar Camal belə reaksiya verib:

"Yarımfinalda hər şey qabardılmış idi. Nömrələr rəngarəng, amma zərif idi. Müharibə və vətən mövzusu "Avroviziya"da qadağandır. Əgər kimsə bu haqda oxusa, diskvalifikasiya edilir. Amma şeytanlığın, qrup seksinin təbliği, bir sözlə pozğunluğun reklamı ən yüksək səviyyədə idi. Və bu qəbuldur".

Qeyd edək ki, Fahree və İ.Dövlətov ölkəmizi "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər.