Xalq artistinin koronavirusa yoluxan xanımı xəstəxanaya yerləşdirilib

Xalq artistinin koronavirusa yoluxan xanımı xəstəxanaya yerləşdirilib
1657 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Covid19-a yoluxan opera ifaçısı 5 gündür həkim nəzarətində olduğunu bildirib:

"İki seçimim var idi: ya evdə oturub, infeksiyaya yoluxmaqdan qorxmaq, ya da onu düşünmədən işləmək, səhnəyə çıxmaq. Mən də ikincini seçdim. Buna görə peşman da deyiləm. Artıq 5 gündür xəstəxanadayam və koronovirusdan müalicə olunuram. Xəstələndiyimi hiss etdiyim gündən özümü izolyasiya etdim. Test nəticəm neqativ olsa da, buna inanmadım. Vaxtında xəstəxanaya gəldim, həkimlər mənə kömək edirlər. Hər şey yaxşı olacaq. Virus deyildiyi qədər də dəhşətli deyil. Həyat yoldaşım Yusifin orqanizmində anticisim aşkar edilib. O, bu xəstəliyi hansısa bir yolla keçirib və ətrafdakılar üçün təhlükəsizdir. Oğlum da yaxşıdır".