"Ağrılı günlər yaşayırdım" - Diananın evinə getməsindən danışdı

"Ağrılı günlər yaşayırdım" -  Diananın evinə getməsindən danışdı
4290 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hər qaranlıq gecənin bir gözəl səhəri var. Çox ağrılı günlər yaşayırdım, dözə bilmirdim. Amma Allah qoymur bəndəsi çox fikir çəksin. Karantin idi, küçəyə çıxa bilmirdik. Amma gəldim çıxdım cənnətə".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkədə yayımladığı videosunda deyib.

Müğənni sosial şəbəkədəki paylaşımları ilə tanınan keçmiş model Diana Əhədpurun onu Bodruma dəvət etməsindən bəhs edib:

"Diananın həyat yoldaşı Əhəd bəylə və oğlu Məhəmmədlə tanış olmuşam. Oğlu ispan dilində danışır. Azərbaycan dilini bilir, amma ana dili ispan dilidir. Gözəl Diana, mənim telli durnam".

Qeyd edək ki, Diana əcnəbi iş adamı ilə ailə qurub və Birləşmiş Ərəb Əmirliyində yayşayır. O, dəbdəli həyatı ilə tez-tez gündəmə gəlir.