“Medianın müasir tələblərə uyğun dəyişilməsinə ehtiyac var" - Video

“Medianın müasir tələblərə uyğun dəyişilməsinə ehtiyac var" -  Video
324 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanun 1999-cu ildə qəbul olunub. Bu 21 il ərzində də tələblər dəyişdiyindən müasir çağırışlara cavab verən qanunvericiliyə ehtiyac var".

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bu barədə Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı açıqlamasında deyib.

O bildirib ki, qanunda müasir dövrdə geniş yer tutan onlayn media ilə bağlı boşluqlar nəzərə çarpır. Həmçinin, sosial şəbəkələrlə bağlı da heç bir müddəa yoxdur. Qanun müasir tələblərə uyğunlaşdırılmalı, amma bu, sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmamalıdır.

Elçin Şıxlı deyir ki, qanunu dəyişməzdən əvvəl onun onun tələblərinə əməl etməyi öyrənmək lazımdır. Hazırda isə medianın da dəyişməsinə çox ehtiyac var.

Jurnalistlər Birliyinin sədri qeyd edir ki, informasiya boşluğu qəzetlərdə də özünü göstərir. Amma hazırda ölkədə qəzetlərin oxunmamasının başqa səbəbləri də var.

Onun sözlərinə görə, hazırda həm qanunvericiliyin, həm də ümumlikdə medianın müasir tələblərə uyğun dəyişilməsinə ehtiyac var. Çünki, informasiya milli təhlükəsizlik məsələsidir.