Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Üçümüz" proqramında deyib. Sənətçi sosial şəbəkələrdə sənət adamlarına yazılan tənqidlərdən bəhs edib. O bildirib ki, ünvanına çox təhqir və tənqid yazılmır.
Bir müddət əvvəl gözəllik salonu açan Mənzurə biznesinin bağlandığını söyləyib:
"Gözəllik salonu açmışdım, 20 gün işlədi. Varımı-yoxumu salona qoydum ki, pul qazanım. Amma pandemiya düşdü və batdı".