Azərbaycanın “Eurovision 2021”də iştirakı təsdiqləndi

Azərbaycanın “Eurovision 2021”də iştirakı təsdiqləndi
1731 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın "Eurovision 2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

Axşam.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən xəbərə görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək tədbirdə ölkəmizi müğənni Samirə Əfəndi (Samirə Əfəndiyeva) təmsil edəcək.

Yarışmanın 18, 20 və 22 may tarixlərində Rotterdamda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"ın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.