"Anama dələduzluq edən hələ də cəzasını almayıb"

"Anama dələduzluq edən hələ də cəzasını almayıb"
1112 dəfə oxunub
  • A-
  • A
  • A+
"İş hələ də məhkəmədədir. Hər dəfə dələduz vaxt götürür. Hələ də cəzasını almayıb. Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi, qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Hər səhər" proqramında deyib. Müğənni anasının aldadılaraq əlindən alınan torpaq sahəsindən söz açıb. O bildirib ki, hələ də dələduzlar cəzasını çəkməyib.

Seyidcahan daha sonra "Top qatar" rubrikasına münasibət bildirib. O, müğənni Elnur Məmmədovu siyahıdan zuaqlaşdırıb. Elza ondan incik olduğunu da gizlətməyib. Bildirib ki, Elnuru sənətə gətirən o olub, amma hazırda münasibətləri yoxdur.