Ermənilərin atdığı mərmi yaşayış binasına düşdü

Ermənilərin atdığı mərmi yaşayış binasına düşdü
1102 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan ordusu Tərtər şəhərini ağır artilleriyadan atəşə tutur.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, atılan mərmilərdən biri şəhərin Vaqif Hüseynov küçəsində yerləşən yaşayış binasına düşüb.

Bundan başqa, Nizami küçəsində yerləşən şəhər prokurorluğunun qarşısına da mərmi düşüb. Nəticədə 1 nəfər Sumqayıt şəhər sakini Həsənov Ozan Mübariz oğlu yaralanıb.

Şəhər mərkəzinə atılan daha bir mərmi isə şəhər sakini, 1982 –ci il təvəllüdlü Məmmədov Elçin Arif oğlunu yaralayıb. Hazırda şəhərin yaşayış məntəqələri  ağır artilleriya atəşinə tutulmaqda davam edir.

Qeyd edək ki, bu gün düşmən tərəfinin atəşi nəticəsində mülki şəxslər - Tərtərin Balakəngərli kənd sakinləri Rəhimova Aybəniz Nizami qızı və Rəhimova Gülnarə Fabir qızı yaralanmışdılar.