Hikmət Hacıyev brifinq keçirir

Hikmət Hacıyev brifinq keçirir
408 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin törətdiyi təxribatlarla bağlı brifinq keçirir.

Axşam.az xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov da iştirak edir.

Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı danışıb. Deyib ki, Ermənistanın siyasi hərbi rəhbərliyinin Azərbaycan Respublikasına qarşı hərbi və müharibə cinayətləri davam edir:

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.

Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini, Beyləqan, Tərtər ağır artilleriyadan və raketlərdən istifadə etməklə, xüsusilə Smerç və Toçka-U kimi raketlərdən atəşə tutub”.