Türkiyəli alpinistlərdən Azərbaycana dəstək - Fotolar

Türkiyəli alpinistlərdən Azərbaycana dəstək -  Fotolar
895 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli alpinistlər Azərbaycana dəstək nümayiş etdiriblər.

Axşam.az xəbər verir ki, iki alpinist Ərzurum şəhərindəki məşhur Tortum şəlaləsinin yamacından Azərbaycan və Türkiyə bayrağını asıblar. Onlar bu addımı Türkiyə Alpinizm Federasiyasının (TDF) dəstəyi ilə atdıqlarını bildiriblər.

Federasiyadan deyilib ki, şəhərdən 87 km məsafədə yerləşən şəlalədəki aksiya Azərbaycan xalqının torpaqlarının bütövlüyü uğrunda mübarizəsinə həsr olunub.