Polis əhaliyə xəbərdarlıq etdi

Polis əhaliyə xəbərdarlıq etdi
4166 dəfə oxunub
  • A-
  • A
  • A+

Komendat saatı ilə əlaqədar olaraq Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə müraciət olunub.

Axşam.az xəbər verir ki, polis insanları küçələrə çıxmamağa çağırıb:

“Əziz həmvətənlər, hərbi vəziyyət rejimi ilə əlaqədar saat 21:00-dan sonra yaşayız yerlərinizi tərk etməməyiniz tələb olunur. Əks halda, qanunun tələb etdiyi qaydada məsuliyyətə cəlb ediləcəksiniz. Müqəddəs borcumuzun yerinə yetirilməsində həmrəylik göstərib dövlət orqanlarına dəstək olun”.