Mingəçevirdə mülki şəxslər yaralanıb

Mingəçevirdə mülki şəxslər yaralanıb
3807 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhərinə raket hücumu nəticəsində infrastruktura ciddi ziyan dəyməsə də, mülki şəxslər arasında yaralananlar var.

Axşam.az xəbər verir ki, bu barədə  Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.