Raketlərdən biri Mingəçevir İES-in qarşısına düşüb - Fotolar

Raketlərdən biri Mingəçevir İES-in qarşısına düşüb -  Fotolar
1427 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.

Axşam.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir ki, atılmış 3 raketdən 2-si partlamayıb.

Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, eyni zamanda evə külli miqdarda ziyan dəyib.