Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi
1661 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan qoşunlarına azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.

Axşam.az xəbər verir ki, göstərişi bu gün keçirilən xüsusi xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov verib.

O, Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.