11 şagird koronavirusa yoluxub - 1 məktəb distant təhsilə keçib

11 şagird koronavirusa yoluxub -  1 məktəb distant təhsilə keçib
1250 dəfə oxunub
  • A-
  • A
  • A+

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Axşam.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş sinigflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.