Avtomobillərdə maskadan istifadə ilə bağlı - Açıqlama

Avtomobillərdə maskadan istifadə ilə bağlı - Açıqlama
1495 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş Dövlət Yol Polisi İdarəsi açıq havada maska ilə bağlı sərnişinlərə və sürücülərə müraciət edib.

Axşam.az xəbər verir ki, BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilsə də, ictimai nəqliyyatda və şəxsi avtomobillərdə maska taxmaq məcburidir:

“Yenə də olduğu kimi ictimai nəqliyyatdan və taksi xidmətlərindən istifadə edən insanlar tibbi maskadan mütləq istifadə etməlidir.

Şəxsi nəqliyyat vasitələrinə gəlincə isə sürücü avtomobildə tək və ya ailə üzvləri ilə birgə gedirsə, maskadan istifadə etməyə bilər. Lakin avtomobildə digər şəxslər olduqda həm sürücü, həm də sərnişin tibbi maskadan mütləq istifadə etməlidir. Əks halda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilir”.