Yol polisindən "Formula 1"lə bağlı sürücülərə - Müraciət

Yol polisindən "Formula 1"lə bağlı sürücülərə - Müraciət
739 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Axşam.az-ın məlumatına görə, İdarəinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın mərkəzinə səfərləri məhdudlaşdırmağı tövsiyyə edirlər:

“Bakı şəhər ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və yaxud istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzinə səfərlərini məhdudlaşdırmaları tövsiyyə olunur. Şəxsi minik avtomobili hərəkət edən vətəndaşlarımızın isə paytatxtın küçə və prospektlərində parkalanma imkanlarının az olduğunu nəzərə almaqla ictimai nəqliyyata üstünlük vermələrini, xüsusiilə bu dövrdə dayanma və durma qaydalarına riayət etmələrini, sürücülərin DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini xahiş edirik”.