Bu məktəblər "Formula 1"ə görə distant təhsilə keçdi - Siyahı

Bu məktəblər "Formula 1"ə görə distant təhsilə keçdi - Siyahı
2359 dəfə oxunub
  • A-
  • A
  • A+

"Formula-1" Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkəti dayanan ərazilərdəki məktəblər distant təhsilə keçib.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, həmin məktəblər bu gündən distant tədrisə keçib: "Distant tədris iyunun 8-dək davam edəcək".

"Formula-1" Qran Prisi ilə əlaqədar distant tədrisə keçən məktəblərin siyahısı aşağıdakı kimidir:

1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;

2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;

4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;

5. Bakı şəhəri 2 nömrəli texniki humanitar lisey;

6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;

7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;

8. Bakı şəhəri 147 nömrəli Texniki Humanitar lisey;

9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.