Ümumi təhsil müəssisələrində "Yay məktəbi" təşkil ediləcək

Ümumi təhsil müəssisələrində "Yay məktəbi" təşkil ediləcək
2059 dəfə oxunub
  • A-
  • A
  • A+

“Təhsil Nazirliyi tərəfindən iyun ayında "Yay məktəb"lərinin təşkilinə dair keçirilmiş sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib”.

Axşam.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev Feysbuk səhifəsində yazıb. Nazir 2 həftəlik "Yay məktəb"lərinin təşkil olunacağını bildirib:

“Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik "Yay məktəb"ləri təşkil ediləcək. Pandemiya dövründə “itirilmiş öyrənmə”ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”.