Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı

Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı
339 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 122 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 493 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 9 582 nəfər sağalıb, ağır xəstə sayı isə 1 339 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 249 404 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 114 624 nəfər sağalıb, 47 527 nəfər isə ölüb.