Türkiyədə toyların keçirilməsinə icazə verildi

Türkiyədə toyların keçirilməsinə icazə verildi
1968 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə iyunun 1-dən etibarən sərt karantin rejimi yumşaldılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O bildirib ki, iyunun 1-dən kafe, restoran, çayxana və digər ictimai-iaşə müəssisələri saat 07.00-dan axşam saat 21.00-dək açıq olacaq. Digər saatlarda isə kafe və restoranlar paket servisi xidməti göstərəcək, bazar günləri isə yalnız çatdırılma xidməti fəaliyyət göstərəcək.

İyun ayı ərzində komendant saatı həftə içi və şənbə günləri yerli vaxtla saat 22:00-dan 05:00-a qədər qüvvədə olacaq. Bazar günləri isə 24 saatlıq komendant saatı tətbiq ediləcək.

Sabahdan etibarən pandemiya qaydaları nəzərə alınaraq qapalı və açıq məkanlarda toy, nişan, yas və digər mərasimlərin keçirilməsinə də icazə veriləcək.

Türkiyədə yeni tədris ilinə isə sentyabrın 13-dən start veriləcək.