"Müğənnilərin həyatı gördüyünüz kimi gözqamaşdıran deyil"

"Müğənnilərin həyatı gördüyünüz kimi gözqamaşdıran deyil"
1405 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma artıq işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım. 15-20 il öncə tamaşaçılar bizi yalnız televiziyalarda görürdülər, şərhlərin yazılmasına tribuna yox idi.
Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva İnstaqram hesabında yazıb. Müğənni sosial şəbəkədən istifadəsindən bəhs edib:

"Bu yazdıqlarımı təkcə özüm üçün yox, özümü başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz - müğənnilərin həyatı şəkillərdə görməyə alışdığınız kimi, hər zaman gözqamaşdıran və parlaq olmur. Bizim də problemlərimiz, “Nə edim? Necə edim?” düşünürək çarəsiz qaldığımız zamanlar olur. Amma biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu bizim işimizdir! Ən xoşbəxt və ya ən kədərli anlarınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir. Əlbəttə, səhvlərimiz də olur, heyif ki, göz qabağında olduğumuzdan o səhvlər bağışlanmır. Sizin dəstəyinizi ummağımız məncə çox təbiidir. Yazdıqlarım mənim İnstaqram dostlarıma aid deyil, əsla! Hamı sizin qədər sevgi paylaşmır. Sadəcə sosial şəbəkələrdəki ab-havanı müşahidə edib dərdləşdim sizinlə. Ürəyimdən gəldi".