"And olsun Allaha ki, obyektim yoxdur"

"And olsun Allaha ki, obyektim yoxdur"
1050 dəfə oxunub
  • A-
  • A
  • A+
"Səhnə daim şuxluq, gözəllik tələb edir. Ola bilər yaşlanasan, amma karizmatik yaşlanasan. Nə olur olsun, bir zaman gəlir ki, deyirsən bəsdir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi bildirib ki, qazancını ancaq yaradıcılığına qoyub:

"Sabahım üçün gün ağlamamışam. Sabahımı fikirləşən adam olmamışam. Nəyim var göz qabağındadır: filmlər, kliplər, mahnılar. And olsun Allaha ki, evlər, obyektlər, maşınlar almamışam. Biznes adamı deyiləm, sənət adamıyam. Ticarətlə məşğul olanlar bağışlasın, amma yalandan and içə bilmərəm".

İzzət deyib ki, artıq verilişlərə də seçib gedir:

"Efirlərə gedəndə soruşuram ki, kim olacaq, nədən danışılacaq? Bəsdir, nə qədər olar? Elə veriliş var ki, onlara sual vermədən gedirəm. Söz verirlər ki, nəsə olmayacaq. Deyirəm, mənə bir söz deməyəcəksən, yanımdakına deyəcəksən".